Orqan bağışlamaq günahdırmı? - İlahiyyatçı rəyi

1-10-2016, 19:27           

“Qurani-Kərimdə buyrulur ki, bir insanı yaşatmaq bütün bəşərə həyat vermək deməkdir”.

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında ilahiyyatçı-alim Elşad Miri ölümündən sonra orqanların bağışlanmasıyla bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir insan vəfat etdikdən sonra onun orqanlarından istifadə edilməsi daha doğrudur: “Niyə torpağa qarışıb çürüyüb getsin ki!? Ona görə də bu, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün belə məsələlərlə bağlı dövlətin özünün proqramı olarsa, mən də onu dəstəkləyərəm. Yetər ki, bu məsələdə sui-istifadə olunmasın”.

E.Miri qeyd edib ki, özünü sələfi adlandıranlar buna etiraz edir: “Onlar deyirlər ki, Allahın insana verdiyi bədən əmanətdir. Ona görə onu başqasına vermək olmaz. Bu, doğru yanaşma deyil. Orqanların bağışlanması yeni qohumluq əlaqələrinin çoxalmasına gətirir. Dində bunu heç kəs qadağa edə bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru