Nostradamusdan yüz il əvvəl – Rano Neronun öncədən görməsi

3-10-2016, 14:53           
Nostradamusdan yüz il əvvəl – Rano Neronun öncədən görməsi
Sizlərdən kim rahib- öncəgörən Rano Nero haqqında eşidib. Bu müəmmalı astroloq- öncəgörən ya 14- cü ya 15- ci əsrdə yaşayıb.
Həmkarı Mişel Nostradamusdan haradasa yüz əlli il əvvəl, fərziyyələrə görə Bavarıyada yaşayıb. Hətta onun əsl adını belə heç kim bilmir. Reno Nero onun təxəllüsüdür. Bu ad italyan dilindən tərcümədə “ Qara hörümçək” anlamı verir. Rahib imza əvəzinə hörümçək rəmzi qoyduğu üçün o bu adla adlanıb.
O bu seşimini belə izah edir. Mənim məqsədim, “milçəkləri tutmaq”- dı, yəni insanları, onları gözləyən bütün katakalizmalardan və bəlalardan xəbərdar etmək. Yəni, Qara hörümçək insanlara mümkün ola biləcək “-qaranlıqları” göstərəcək, insanlar isə gələcək hadisələrin cərəyanını dəyişdirərək, çalışacaqlar ki, şərin bataqlığı onları özünə çəkməsin. Maraqlı bir detal, Nero təsdiqləmir ki, onun dediklərinin hamısı olacaq. O, sadəcə insanlara gələcəkdən xəbər verir ki, onlar düz yol tutsunlar. İyirminci yüz illiyin ikinci yarısına qədər onun öncəgörmələri haqqında heç kim, heç nə bilmirdi.
Araşdırmaçılar 1972- ci ildə, Fransiskanların Bolonyada yerləşən monastırlarının arxivində təsadüfən qədim əlyazmasına rast gəldilər. Onun başlığı “ Reno Nero”. “ Əbədi kitab”- idi.
Bu kitab 6323- cü ilədək olan zəmanədə baş verəcək mühüm hadisələrdən söz açırdı. Nostradamusun, başadüşülməsi çətin olan, qafiyəlı, qəliz öncəgörmələrindən fərqli olaraq, Nero gələcəkdən lazımsız, metforsuz və alleqoriyasız yazır.
Misal üçün; İki zəhərli göbələk iki şəhərin üstünə qalxacaq. Bu göbələklər ümumən yeddi olacaq. ( yeddi göbələkdən hələlik üçü qalxıb, Xirosima, Naqasaki, Çernobıl.
İnsanların cinsi pozğunluğunun cəzası kimi, 1981 –ci ildə yeni dəhşətli xəstəlik peyda olacaq. ( Burada söhbət QİÇS xəstəliyindən cedə bilər – 1981-ci ildə bu virus tapılıb). Nero 20- ci əsrin axırlarında ölümcül xəstəliklər haqqında xəbər verirdi. Bu xəstəliklər Avropanın üstündən keçərək əhalinin yarısını məhv edəcək. Yeni xəstəliklərin sayı beş olmalıdır, amma bunun biri insanlara xeyir verəcək. Sizə heç nəyi xatırlatmır?
20- ci əsrdə şəhərlərdə ən uca ağaclardanda hündür binalar tikəcəklər. Bunlar hamımıza məlum olan göydələnlərdir.
Qorxunc zəncirlər və iplər icad olunacaq, insanlar onların vasitəsi ilə ünsiyyətə girəcəklər. Bunlar bizə tanış olan kabel və naqillərə oxşamırmı?
Uçan .... güzgülər olacaq, onlarda çox uzaqda olan insanlar əks olacaq, balıqqulaqları olacaq və onlar insan səsini eşidəcək, insan səsi ilə danışacaq. Sputnik, televizior və vidio telefonlar deyilmi bunlar. Balıqqulaqları isə indi bizim mobil telefon dediyimizdir.
Rusiya haqqında verilən öngörmələrə baxaq. Qara Hörümçək bu uzaq, qarlı
Torpaqları Tartariya adlandırırdı. O zamanlar indki Rusiyanı Tartariya yəni Tatariya adlandırırdılar və Rano buranı dünya üçün çox önəmli bir yer hesab edirdi. Misal üçün Stalin Haqqında bir peyqəmbərlik;
Dağlardan ağzından tüstü buraxan bir nəfər düşəcək. ( o zamanlar tütün yox idi) Bu tiran olacaq, onun qara kölgəsi dünyanın üçdə ikisini örtəcək və onun əmri ilə sayı bilinməyən qədər insan peysərindən güllələnəcək. Ranyo Nero öz “ Əbədi kitab” ında belə yazır.
O öz ön görməərində yazır ki, Rusiya dünyada baş verəcək bütün kataklizmlərdən salamat çıxacaq.
Tartariya göylərə qalib gələcək. Onun sakinləri ulduzlara uçmağı birinci öyrənəcəklər. Hər şey Qeorqi Qələbəgətirənin adını daşıyan cəngavərlə başlayacaq. Bu hadisə güzgülü əsrin, güzgülü görünən ilində baş verəcək. Daha bundan dəqiq nə demək olar. Cəngavər, birinci kosmonavt Yuriy Qaqarindir ( Onun adı Qeorqi adının bir formasıdır!), onun uçuşu 1961- ci ildə baş tutmuşdu. ( bu rəqəmin hər iki tərəfi güzgüdə eynidir). Eyni şeyi roma rəqəmi olan xx haqdada demək olar.
XX əsrin otuzuncu illərində Hitler bu öngörmələrlə bərk maraqlanmağa başladı. Hitler ezoterika üzrə qrupun kordinatoru olan Lyudvik Birçerə bu alman rahibinin sirli yazılarını tərcümə etməyi əmr etdi. O bu yazılar vasitəsi ilə Almaniyanın gələcəyini öyrənmək istəyirdi. Bəzilərinin şahidliyinə görə Birçer heç də yüngül və yaltaq cümlələr seçmədi. O Rahibin yazdıqlarının tərcüməsini Hitlerə belə təqdim etdi:
İkinci Dünya Müharibəsi olacaq və Almaniya birinci hücuma keçəcək. Lakin Almaniya birinci də müharibəni 1943- cü ildə uduzacaq. Berlın qəbristanlığa çevriləcək.
Hamının bidiyi kimi, Hitler gözləməyi sevmirdi və birinci hücuma keçdi. 1939- cu ildə Polşanı işğal etdi. Müharibənin axırında Rano Neronun öncədən xəbər verdiyi kimi Berlin doğrudanda qəbristanlığa oxşayırdı.

Rano Neronun məşhur öngörmələri.
Kilsədə qarışıqlıq və kilsənin parçalanması. Şimal və Qərbi Almaniya öz aralarında 1503- cü ildə müharibə edəcək. Martin Lyuterin zamanında (1483- 1546) kilsədə qarışıqlıqlar başlamışdı və kilsə parçalandı.
Mən azman qartal görürəm. O dimdiyində böyük müharibə ni 1870- ci ildə gətirəcək. Doğrudanda 1870- ci ildə franko- prus müharibəsi başladı. Bu müharibə Qoqençollrlərin adı ilə bağlı idi və onların şəcərə gerbində qartal şəkli çəkilib.
Avropada iki yeddi illik müharibə olacaq. XYİİİ- ci əsrdə feldmarşal Rumyantsevin ordusu Berlinə girdi.
1912- ci ildə Qellespontda böyük müharibə olacaq.
Qellespont—Dardanel boğazının qədim yunan adı. Burada Balkan müharibəsi nəzərdə tutulur.
1925- ci ildə iblisin dini yaranacaq. Qələbə yürüşünü görürəm, kilsə görürəm amma işıq yoxdur, əksinə ancaq donuz baçları görünür.
31 yanvar 1925- ci ildə rəsmi surətdə İblisin Kilsəsinin yarandığı Edvard A Kouli tərəfindən elan edildi.
Avropanın ortasında qanlı dəhşətli qanlı qasırğa əmələ gələcək.
R Nero gələcəkdə İkinci Dünya müharibəsini görür. O, Almaniyanın 1938- ci ildə hücumundan başlayaraq 7- il çəkib.
Tercümə - teref.az-nundur












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.