ƏMƏLİYYAT UĞURLA NƏTİCƏLƏNDİ

22-01-2019, 19:30           
ƏMƏLİYYAT UĞURLA NƏTİCƏLƏNDİ
Teref.az - DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib . RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru