Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans olacaq

23-01-2019, 10:45           
Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans olacaq
Teref.az - Otuz yanvar 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsi və Türkiyə Respublikası Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.
Konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlərin iştirakı nəzərdə tutulub.
Aİİ yarandığı gündən dünyanın müxtəlif ölkələrində din tədrisinin təşkili sahəsində təcrübənin öyrənilməsinə xüsusi önəm verir. Bu məqsədlə sözügedən sahədə zəngin təcrübəyə malik ölkələrə səfərlər təşkil edilir, İnstitutda din təhsili sahəsində elmi tədqiqatlar aparan mütəxəssislərin iştirakı ilə davamlı müxtəlif seminar, “dəyirmi masa” və konfranslar keçirilir.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər”; İnstitutun Dinşünaslıq kafedrasının müdiri, dos. Elnurə Əzizova “Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi – islam dini kontekstində”; Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan dr. Adem Yıldırım “İslam hüququnun tədrisinin aktual problemləri”; Kırıkkale Universiteti İslam elmləri fakültəsi Dinşünaslıq kafedrasının müəllimi dr. Muhammet Ali Yazıbaş “Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili”; Kırıkkale Universiteti İslam elmləri fakültəsinin İslamşünaslıq kafedrasının müəllimi dos. Şahin Əhmədoğlu “Məzhəblər tarixi fənninin tədrisinin aktual məsələləri” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Konfransda hər iki ölkənin din təhsili sahəsinin müxtəlif aspektləri müzakirə ediləcək. Məruzlərdən sonra, mövzular ətrafında diskussiyaların aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixində imzaladığı Sərəncamın birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.