Türkiyəli şəhid və qazı uşaqları ilə görüşlər davam edir

24-01-2019, 23:56           
Türkiyəli şəhid və qazı uşaqları ilə görüşlər davam edir
Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində səfərdə olan Teref.az - Türkiyə şəhid və qazi övladları səfər çərçivəsində rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar.
Azərbaycanda səfərdə olan türkiyəli şəhid və qazı uşaqları Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Onları Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qəbul edib. Səfir Erkan Özoral 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti vardır. Səfir həmçinin Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd etdi. Səfir bildirdi ki, Türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaqdır.
Türkiyənin şəhid və qazi uşaqları 3 saylı Uşaq-Gənclərin İnkişaf Mərkəzində olarkən mərkəzin fəaliyyəti və müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş məşğələ otaqları ilə tanış oldular, muxtəlif dərnəklərin “ustad dərsləri”ndə iştirak etdilər. Daha sonra dərnək üzvləri konsert proqramı ilə qonaqların qarşısında çıxış etdilər, milli rəqslər nümayiş edildi, mahnılar səsləndi. Sonda Azərbaycanın milli şirniyyatları ilə çay süfrəsi ətrafında xatirə hədiyyələri qonaqlara təqdim olundu.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.