İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıb

26-01-2019, 12:08           
İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıb
İsmayıllıda qanunsuz saxlanılan silah götürülüb.

Teref.az-a bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, yanvarın 25-də İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı qoşalüləli ov tüfəngi götürülüb.

Fazil Allahyarovun barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru