QANUNSUZ SAXLANILAN SİLAHLAR GÖTÜRÜLDÜ

28-01-2019, 17:55           
QANUNSUZ SAXLANILAN SİLAHLAR GÖTÜRÜLDÜ
Teref.az - DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Kürdmaşı kənd sakini Siruz Hüseynovun evindən qanunsuz saxladığı “TOZ 63” markalı qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
İsmayıllı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Quşencə kəndi ərazisində “TOZ 8” markalı təklüləli ov silahı tapılaraq götürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.