AXTARIŞDA OLAN QƏBƏLƏ SAKİNİ SAXLANILIB

30-01-2019, 14:43           
AXTARIŞDA OLAN QƏBƏLƏ SAKİNİ  SAXLANILIB
Teref.az - DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayonun Vəndam qəsəbə sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan Cavidan Məhyəddinli Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində saxlanılmış və RPŞ-yə gətirilərək İstintaq bölməsinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru