ŞƏMKİRDƏ SU QURĞULARINI OĞURLAYAN ŞƏXSLƏR SAXLANILIB

31-01-2019, 10:29           
ŞƏMKİRDƏ SU QURĞULARINI OĞURLAYAN ŞƏXSLƏR SAXLANILIB
Teref.az- Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, nəticədə kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kəndi sakini Elnur Quliyev və həmkəndlisi Eynur Səlimovla birlikdə saxlanılıb.
Saxlanılan şəxslər ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladıqlarını və satmaq üçün gizlətdiklərini etiraf ediblər.
Faktlarla araşdırmalar davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.