Gəncədə silsilə soyğunçuluq edən şəxslər saxlanılıb

4-02-2019, 15:42           
Gəncədə silsilə soyğunçuluq edən şəxslər saxlanılıb
Teref.az-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Yanvarın 27-də ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G. Həsənova və T. Bayramovanın əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadislərini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru