Faktla bağlı araşdırmalar davam etdirilir.

7-02-2019, 20:33           
Faktla bağlı araşdırmalar davam etdirilir.
Teref.az - Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 2 ədəd kompyuter, 2 ədəd DVD və digər qiymətli əşyaları oğurlayıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurlanan əşyalar həmin ünvanda aşkarlanaraq istintaqa təhvil verilib.
İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru