Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olunub

12-02-2021, 11:52           
Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru