İsmayıllı sakinindən narkotik vasitə və odlu silah götürülüb

13-02-2021, 11:37           
İsmayıllı sakinindən narkotik vasitə və odlu silah götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Topçu kənd sakini Elşən Hüseynov polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin kənd ərazisində yaşadığı ünvana baxış keçirilən zaman şüşə və plastik qablarda 1 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana, həmçinin müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin silaha aid 10 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.