Zaqatalada 22 baş qoyunu oğurlayan şəxslər saxlanılıb

15-02-2021, 12:14           
Zaqatalada 22 baş qoyunu oğurlayan şəxslər saxlanılıb
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kəbəloba kənd sakini Şaban Carayev ona məxsus kənarları hasarlı torpaq sahəsindən ümumi dəyəri 4 min manata yaxın olan 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlayan şəxslərin Zaqatala rayon sakinləri-Natiq və Sərxan Ramazanovlar olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları heyvanlar isə həmin şəxslərdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru