Meriya növbəti ağacəkmə aksiyası keçirib

18-03-2021, 13:40           
Meriya növbəti ağacəkmə aksiyası keçirib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatşılığı ilə Bakı-Ələt magistral avtomoil yolunun kənarında 2 ha sahədə və həmçinin mərkəzdə Şəmsi Bədəlbəyli küçəsi boyunca növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya yaz əkin mövsümü ərzində paytaxtda yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin çərçivəsində təşkil edilib.

Teref.az xəbər verir ki, mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Aksiya zamanı Abşeronun iqliminə uyğun 2000-dən çox Eldar şamı, kiparis və digər ağaclar əkildi. İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub və əraziyə cavabdeh şəxslər müəyyən olunub.

Həmçinin mərkəzdəki Şəmsi Bədəlbəyli küçəsində xüsusi rəng çalarlarına malik olan və Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq yeni növ Hind yasəmənləri əkildi, səkilərə yeni qazon örtüyü salındı.

Bu kimi aksiyaların mövsümün sonunadək paytaxtın digər ərazilərində də keçiriləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.