Balakən sakinindən narkotik vasitə götürülüb

18-03-2021, 17:41           
Balakən sakinindən narkotik vasitə götürülüb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru