Ağsunun icra başçısı dəyişdirilir... - Dəyişiklik gözləntisi

8-10-2015, 23:44           
Ağsunun icra başçısı dəyişdirilir... - Dəyişiklik gözləntisi
Daha bir icra başçısı vəzifəsindən azad olunur. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, hazırda Ağsu rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik üçün tədarük görülür.

Qeyd edək ki, rayona əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu Ənvər Seyidəliyev rəhbərlik edir.


Dia.az xatırladır ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.

1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir oğlu və iki nəvəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru