"Cənab Mütəllibov, adam hər şeydən əvvəl Kişi olar" - CAVAB
7-03-2017, 10:41
Dünən prezident vəzifəsindən istefa verməsinin 25 ili tamam olan sabiq prezident Ayaz Mütəllibov Moderator.az-a açıqlama vermişdi. Sabiq prezident bir sıra məqamlara toxunmuşdu və AXC hakimiyyətini, ad çəkməsə də Əbülfəz Elçibəyi ittiham etmişdi.
A.Mütəllibovun bu açıqlamasına Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli cavab verib.
“Ayaz Mütəllibov adını çəkməsə də sevgili Liderim Əbülfəz Elçi Bəyi günahlandırmağa cəhd edib. Bu müsahibəsində Ayaz Mütəllibovun dediyi bircə gerçək var -1992-ci ildə Ayaz Mütəllibov istefa verib - Qarabağdakı vəziyyətə və əsasən də Xocalı soyqırımına görə!
Ayaz Mütəllibov deyib ki, “Əlimi qolumu bağladılar ki, Qarabağı azad etməyim!
Cənab Mütəllibov - adam hər şeydən əvvəl Kişi olar.
Elçi Bəy aramızdaykən niyə bu cür ittihamları səsləndirmirdiniz?
Ona görə ki, Elçi Bəydən çox sanballı və ağır cavablar alacağınızı bilirdiniz!
İndi təkqapılı meydanda, həm də qapıçısı olmayan meydanda futbol oynayıb bol-bol qol atmağa və qalib görünməyə çalışırsınız!
Ancaq orasına aydınlıq gətirmeyibsiniz ki, Azərbaycanda sizə her cür şərait yaradacağına, təhlükəsizliyinə zəmanət verəcəyinə dair vədinə baxmayaraq, Dövlətimizin başçısı Əbülfez Elçi Bəyin təklifini qəbul edib Azərbaycanda yaşamaq əvəzinə, niyə Moskvada yaşamağı seçdiniz?
Ayaz Mütəllibov Elçi Bəyin istefa verməməsinə işare vuraraq deyib ki, kəndinə qaçdı!
Azərbaycanın bəlalarının mərkəzi olan Moskvada , yoxsa öz doğma kəndində yaşamaqmı daha şərəfli seçimdir cənab Ayaz Niyazoviç?
Elçi Bəyin istefa verməməsinin səbəbi ise oydu ki, yenidən Rus ordusu Azərbaycana gəlmək istəsə, Cumhurbaşqanı sifətinde müqavimeti təşkil etsin - bu müqavimət Onun Şəhidliyi bahasına başa gelsə belə!
Əgər zamanında Moskvanın ətəyindən əl çəkme cəsareti göstərsəydiniz, indi bəlkə də çox ferqli durumda olardıq!
Sovet sevgisini qəlbinizdən hələ də silə bilmədiyiniz halda, fizikən aramızda olmasa da, sizdən min dəfə daha canlı və daha güclü olan Elçi Bəyə daş atmağınız Qartala daş atan Qarğanı xatırladır!
Vətən və Millət Məcnunu adını alan Elçi Bəyin dəyəri hələ zaman keçdikcə daha yaxşı anlaşılacaq!!!
Zər qədrini zərgər bilər!”