Rahib Qərib mətbuat vasitəsi ilə prezidentə müraciət etdi: "Köməyinizə ehtiyacım var..."

11-03-2017, 09:06           

teref.az olaraq hərbi jurnalist Rahib Qərib-in prezidentə müraciətini sizə təqdim edirik:
"Çox hörmətli Ali Baş Komandan, cənab Prezident, 25 ildən çoxdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki "Ulduz" hərbi yataqxanasında yaşayıram...
Hərbi jurnalistəm və 1993-cü ildən cəbhədən və ordu quruculiğundan AzTV-də efirə gedən "And" verilişini, son 6 ildə isə ANS-də "Marş" hərbi-vətənpərvərlik verilişini hazırlamışam.
İndi işsizəm. Xərçəng xəstəsi həyat yoldaşımla müdafiə nazirliyinin yataqxanasında çətin məişət şəraititndə yaşayıram...
Mətbuat rəhbərlərimiz fəaliyyətsiz olduğundan və dəfələrlə yazdığım müraciət məktublarını sizdən gizlətdiklərindən Sizə burdan müraciət etməli oldum...
Köməyinizə ehtiyacım var...
Rahib Qərib."
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru