İslamiada: Polisimiz bu sınaqdan necə çıxdı? - Polis sistemi vahid ansambl kimi çıxış edə bildimi?

26-05-2017, 13:05           
İslamiada: Polisimiz bu sınaqdan necə çıxdı? - Polis sistemi vahid ansambl kimi çıxış edə bildimi?
IV İslam Həmrəyliyi Oyunları istər xalqımızın, istərsə də ölkəmizə gələn xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu. Hər halda müstəqil Azərbaycanın bu kimi törənlərə ev sahibliyi etməsi hər birimiz üçün əlahiddə qürürverici bir hadisə idi. Buna hər kəsin məhz qeyd olunan baxması vətəndaşlıq borcu qədərində vacibdir. Çünki BÖYÜK AİLƏMİZ olan AZƏRBAYCANın hər bir şad gününə ailə fərdlərinin səmimi sevinclə yanaşması ən təbii təzahürlərdəndir.

Əslində IV İslam Həmrəyliyi Oyunlarının məhz ölkəmizdə keçirilməsini belə biz təsadüflərə bağlamalı deyilik. Ona görə ki, neft və müsləman ölkəsi olaraq (min şükürlər olsun), ələlxüsus da müharibə şəraitində olan bir ölkə olaraq özünün stabilliyi ilə İSLAMİADA SINAĞINDAN uğurla çıxması Azəırbaycanın təkcə regionumuz üçün deyil, bütünlükdə olaraq İslam Dünyası üçün nə qədər əhəmiyyətli sabitlik, HÜZUR ÜNVANI olduğunun dəlilidir. Azərbaycan əslində bu uğurlu törən dönəmi ilə həm də qətiləşmiş sabitlik ünvanı kimi də statusunu pasportlaşdırmış oldu.

Bu işdə isə, yəni bunun belə - ürəyimizcə və dövlətimizlə qürurulanmağınızı təmin edəcək səviyyədə baş tutmasında bütün müstəsna əməyi olanlara - başda isə polisimizə bir ayrıca təşəkkürün yeri mütləq görünür.

Bəli, başda cənab Ramil Usubov olmaqla illərdir Azərbaycanın iç güvənliyini - net ifadə edək KİŞİ KİMİ qoruyan, təmin edən Azərbaycan polisi yenə də dövlətin əsas və vacib bel sütunlarından biri olduğunu sübutlamış oldu. Bu əsnada polis sisteminə aid bütün strukturların bir ansambl şəklində bir-birini müşaiyət etməsi də nəzərlərdən yayınmadı.

Necə ki güvənliyimiz, təhlükəsizliyimiz, həmçinin gələn qonaqların eyni qaydada mühafizəsi əmin əllərdə idi, eləcə də yollarımız da eyni şəkildə, eyni ustalıqla ümumi polis sistemimizin nümayiş etdirdiyi ahəngə möhtəşəmliklə ayaq uydurdu.

Təbii ki, burada illərin sınağı, təcrübəsi də ö sözünü demiş oldu. Bu bir faktdır ki, qısa müddət ərzində, müstəqilliyimizin yaşının gənc olmasına baxmayaraq Azərbaycan polisi yetərincə püxtələşməyə müvəffəq olub. Artıq bu sistemdə öz sahəsinin kifayət qədər ustası olan bilici kadrlar qərarlaşıblar.

Hər bir sahədə sapmalar, nöqsanlar və ola da bilər. Çünki insanlardan təşkil olunan istənilən təsisatlar həmin insanların fərqli xarakterlərini də özündə əks etdirir. Amma min dəfə şükürlər olsun ki, İSLAMİADA SINAĞINDA Azərbaycanımızın HÜZUR ÜNVANI statusunun daha da möhkəmlənməsi işində Azərbaycan polisi xırda qüsura belə yol vermədi. Bu isə, bir daha qeyd edirəm, həmin illərin əxz etdiyi peşəkarlığın təzühürü kimi anlaşıldı.

***

Bu əsnada polis sisteminə aid strukturlar içində DÖVLƏT YOL POLİSİNİN fəaliyyətinə bir az daha çox yer ayırmaq qəsdim var. Bəllidir ki, paytaxtımız hələ də quruculuq dönəmini yaşadığından hələ də ideal yol infrastrukturuna malik deyil. Yəni hələ də tıxaclar və digər bu kimi problemlər mövcuddur. Belə bir şəraitdə DYP əməkdaşlarının kimsənin ruhu belə incimədən incə tərzdə Bakı yollarını nizamlaması bəlkə də ən böyük qəhrəmanlıqlardandır.

Əslində bunu gözləyirdik də. Çünki nə bayram bilən, nə də seyran bilən DYP əməkdaşlarının havanın hansı şəraitdə olub-olmamasından asılı olmayaraq yollarımızda 24 saatlıq keşik çəkmələrinə dəfələrlə şahid olmuşuq ki, bu da yuxarıda qeyd etdiyimiz ustalığın inikası kimi qəbul olunmalıdır.

***

Bəli, cənab Ramil Usubov və polisimizin şəxsi heyəti bu dəfə də üzümüzü ağartdı. Buna görə... bizə tək qalanı TƏŞƏKKÜR etməyimizdir.

Çox sağ olun, polis qardaşlarımız...

Hörmətlə, DİA.AZ-ın baş redaktoru
Məhəmməd ƏRSOY












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.