Azərbaycanlı məmurlardan şok addım... - Villaları YUNESKO-nun sıyahısında

5-10-2015, 22:26           
Azərbaycanlı məmurlardan şok addım... - Villaları YUNESKO-nun sıyahısında
Azərbaycanın yüksək vəzifədə çalışan bəzi məmurları tikdirdikləri villaları sığortalamağın yeni metodunu tapıblar.

Məmurlar (onların içərisində nazirlər, komitə sədrləri çoxluq təşkil edir) əzəmətli və ecazkar evlərinin əldən çıxma, sökülmə riskini nəzərə alaraq, fantaziyalarını işə salıb, hətta dünya səviyyəsində təəccüb doğuracaq addıma imza atıblar.

Modern.az saytının əldə etdiyi məlumatlara görə yüksək vəzifəlilər villalarının taleyini "işıqlı etmək"dən ötrü onları dünyanın ən məhşur tarixi-arxitektur abidələrin modellərində tikdiriblər.

Bununla da, məmurlar öz evlərini YUNESKO-nun maddi mədəniyyət nümunələri siyahısına salmağa cəhd edir və bəlkə də onları son sığınacaqları kimi əldə saxlamağa çalışırlar.

Məlumata görə, artıq YUNESKO-nun maddi irs siyahısına düşən villalar da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru