“Wi-Fi”ın sürətini artıran cihaz

6-10-2016, 00:09           

“Google” şirkəti “Wi-Fi” şəbəkəsinin sürətini artıran yeni cihazını təqdim edib.

teref.az Azərtac-a istinadla xəbər verir ki, “Google Wi-Fi” adlanan yeni cihaz “Wi-Fi” şəbəkəsinin tutmadığı nöqtələrdə internetin sürətini bərpa edir və hər yerdə internetə qoşulmağa şərait yaradır. “Google Wi-Fi” cihazı, xüsusilə evlərdə rast gəlinən bu vəziyyətə son qoymaq niyyətindədir. Eyni zamanda, 5 GHz-ə qədər bir çox “Wi-Fi” şəbəkəsini dəstəkləyən bu cihaz avtomatik olaraq ən sürətli internet bağlantısı qura biləcəyiniz qoşulmaya imkan verəcək.

Bir növ siqnal istiqamətləndirici olan “Google Wi-Fi” iki və daha çox mərtəbəli evlərdə yaşayanlar üçün əlverişli ola bilər. Cihazın ABŞ üçün başlanğıc qiyməti 129 dollar olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru