Neymar “Barselona”nın məşqi zamanı dava saldı -Video

28-07-2017, 18:22           
Neymar “Barselona”nın məşqi zamanı dava saldı -Video
Mayamidə məşq zamanı “Barselona”nın hücumçusu Neymar müdafiəçi Nelson Semedu ilə dava edib, bu barədə Oxu.Az “Sportekspress”ə istinadən xəbər verir.

Yayılan kadrlardan görünür ki, futbolçular top üstündə mübarizədən sonra bir-birini itələməyə başlayıblar. Xoşagəlməz insidentin əlbəyaxa davaya qədər böyüməməsi üçün məsələyə onların yoldaşı Xavyer Maskerano da qarışmalı olub.

Futbolçular oyuna qayıtdıqdan sonra da Neymar sakitləşə bilməyib, öz narazılığını bildirməkdə davam edib və Semedunun üstünə cumub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru