Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli səbəbi: - Əvvəllər “bəy” kimi dolananlar indi moykalarda niyə işləyir?

28-07-2017, 19:04           
Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli səbəbi: - Əvvəllər “bəy” kimi dolananlar indi moykalarda niyə işləyir?
Xəbər verdiyimiz kimi, bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçiriblər.

AZXEBER.COM xəbər verir ki, aksiyaya səbəb Güləş Federasiyasının idmançılara qarşı biganəliyi, 15 aydır ki maaşların verilməməsi, məşq zallarındakı şəraitsizlik olub. Aksiyada olimpiya çempionu Toğrul Əsgərov, "Rio” olimpiyadasının bürünc medalçısı Rəsul Çunayev, tanınmış güləşçi Hacı Əliyev və digərləri iştirak ediblər.

Aksiyaya gələn idmançılar mövcud vəziyyətin getdikcə pisləşdiyini və 3 həftə sonra başlayacaq güləş üzrə dünya çempionatına heç bir hazırlığın getmədiyini bildiriblər. Onlar belə olan halda bu yarışda da iştirak etməyəcəklərini əlavə ediblər.

Məsələ ilə bağlı AZXEBER.COM bir sıra gizli qalan məqamları öyrənə bilib. Məlumata görə, maliyyə sıxıntısı çəkən sərbəst və yunan-roma güləşi üzrə Azərbaycanın tanınan idançıları ölkədən getmək barəsində düşünürlər. Hətda bir müddət öncə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyi ilə bağlı yayılan xəbərlər də təsadüfi olmayıb. Həmin ərəfələrdə Toğrul Əsgərov xəbərləri təkzib etsə də, əslində onun da belə bir fikri olub. Ancaq rəhbərlik ona vəd verərək problemlərin aradan qaldırılacağına inandırsa da, bu vəd də çox keçmədən özünü doğrultmayıb. Nəticədə idmançılar aksiya etmək qərarına gəliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.