Silahlı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi - Azərbaycanda

14-01-2016, 13:17           
Silahlı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi - Azərbaycanda
Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Dia.az-ın "Report"a istinadən məlumatına görə, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru