Məkkədə indiyədək görünməmiş olay - Qoz boyda dolu...

15-01-2016, 10:35           

Məkkəyə dolu yağıb və bu, hər kəsi təəccübləndirib.

Anspress bildirir ki, Məkkədə havanın qəflətən pisləşməsi, kameralarda əks olunan dolu dənələrinin böyüklüyü diqqət çəkib. Qoz böyüklüyündə yağan dolunun şəhərin mərkəzinə ciddi zərər verdiyi bildirilib.

Məkkə və Mədinəni birləşdirən yolla hərəkət edən sürücülər gördüklərinə inana bilməyiblər. Normalda qış aylarında belə Məkkə şəhərində havanın hərarətinin müsbət 30 dərəcə olduğu bildirilir.

Qəflətən havaların dəyişərək dolu yağması isə insanlarda təəccüb yaradıb. Bu vəziyyətdən sürücülər maşınlarını saxlayaraq havanın normallaşmasını gözləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru