Yeni nazirən ilk təyinat - Müşfiq Əmirov vəzifəsindən uzaqlaşdırıldı

16-01-2016, 20:41           

Rabitə və Yüksək Texnologiyalar nazirinin mətbuat müşaviri vəzifəsindən azad olunub. Nazir müşaviri Müşfiq Əmirov tutduğu vəzifəsindən çıxarılaraq sektor müdiri vəzifəsinə təyin edilib.

Müşfiq Əmirovun yerinə isə İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq departamentinin sabiq rəhbəri Tahir Məmmədov təyin olunub.

Məsələylə bağlı aznews.az-ın əməkdaşı Tahir Məmmədovla əlaqə saxlayıb. O, suallara cavab vermək istəmədiyini, xəbəri dəqiqləşdirmək üçün Müşfiq Əmirova müraciət etməyi məsləhət görüb.

Müşfiq Əmirov isə yalnız bunları deyib: “Mən işdəyəm”.

Qeyd edək ki, Tahir Məmmədov bu təyinata qədər (İTV-dən uzaqlaşdırıldıqdan sonra) Heydər Əliyev Fondunda çalışırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru