14 milyon oğurlayan azərbaycanlı tutuldu

9-06-2015, 11:56           
14 milyon oğurlayan azərbaycanlı tutuldu
Qazaxıstanın şimalında yerləşən Petropavlovsk şəhərində Azərbaycanın 34 yaşlı vətəndaşı saxlanılıb. O, öz ölkəsində törətdiyi qətlə görə 16 ildir beynəlxalq axtarışda olub.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin vilayət departamentinin mətbuat xidməti bildirib.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən başlanmış axtarış işinin materialından aydın olur ki, 1999-cu ildə Gəncə şəhər sakini öz atası ilə birlikdə Bakı-Qazax avtomobil yolunda bir kişini öldürüb, onun üzərindən 14 milyon 800 min manatı götürüb və qaçıblar.

Qatil Petropavlovsk şəhərindəki yataqxanaların birində operativ-axtarış tədbirləri zamanı saxlanılıb və hazırda istintaq təcridxanasına yerləşdirilib. Qatil yaxın vaxtlarda vətənə ekstradisiya olunacaq.

Polisin saxlanılan şəxslə sorğu-sualı zamanı məlum olub ki, qətldə şübhəli bilinən şəxsin atası 2003-cü ildə dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru