Bakıda polis bölməsində dava düşdü

9-06-2015, 12:35           

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospekti 111-in qarşısında qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Yaməddin Nizami oğlu İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkət qaydasını pozduğuna görə, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Rauf Çingiz oğlu Bağırov tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı Y.İsrafilov və sərnişinləri 1991-ci il təvəllüdlü Müşfiq Mübariz oğlu Cavadov və Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Eldar Eyvaz oğlu Quliyevin sərxoş olduğu məlum olub.

Saxlanılan şəxslər tabeçilik göstərmədikləri üçün Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə aparılıb.

Polis Bölməsinə aparılan şəxslər 30 dəqiqə ərzində iş rejimini pozaraq sanitar qovşağın qapısını sındırıblar.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.