Azərbaycan 4-cü qızıl medalını qazandı — FOTO

14-06-2015, 20:12           

Bakı-2015 I Avropa Oyunlarında karateçilərin mübarizəsi davam edir.

Bakı Kristal Zalında keçirilən Oyunlarda Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı Alisiya Tereza Buçingeri ilə qarşılaşıb.

Qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 8:1 hesabı ilə qələbə qazanıb, qızıl medalın sahibi olub.

Qeyd edək ki, bu qələbə ilə Azərbaycan yığmasının medallarının sayı 9-a çatıb. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru