Daha bir zəhər al- verçisi həbs edildi

19-06-2015, 11:22           
Daha bir zəhər al- verçisi həbs edildi
Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ata və oğlu həbs edilib. APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, narkobaron Aydın Bağırov və onun oğlu Taleh Bağırov saxlanılıblar. Onlardan xeyli miqdarda narkotik vasitə götürülüb. Məlumata görə, saxlanılan A. Bağırov kriminal aləmdə “Baron Aydın” ləqəbi ilə tanınır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru