Dünyanı yeni öldürücü virus cənginə alıb – MERS

20-06-2015, 00:09           
Dünyanı yeni öldürücü virus cənginə alıb – MERS
Dünyanı yeni öldürücü virus ( MERS ) cənginə alıb. Təkcə Cənubi Koreyada bu virusa yoluxanlardan 24 nəfəri dünyasını dəyişib. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanı öz cənginə alan bu öldürücü virusa sindriomuna yoluxanlardan 24 nəfər ölüb, 166 nəfər isə ciddi müalicə altındadır. Ümumiyyətlə 5930 nəfər bu yoluxma ilə karantinə cəlb olunub. Müalicəyə cəlb olunanlardan ancaq 30 nəfəri sağalıb.
Məsələ ilə bağlı Dünya səhiyyə təşkilatının Baş direktoru Marqarit Çan çıxış edib və öz narahatlığını bildirib. O eyni zamnda koreyalı həkimlərin səylərini də təqdirəlayiq hesab edərək, bu sahədə uğura imza atığını bildirib. Artıq koreyalı həkimlər bu virusa yoluxanları sağaltmağın yolunu tapıblar. Bununla belə təhlükənin qaldığı deyib.
Bu öldürücü virusun yayılmasından sonra bir çox ölkələr vətəndaşalrını bu qrip virusunun daha çox yayıldığı Səudiyyə Ərəbistanına və Cənubi Koreyaya turist səfərlərindən çəkinməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru