Azərbaycan Müəllimlər İnstitutu təkzib edir

23-06-2015, 11:09           
Azərbaycan Müəllimlər İnstitutu təkzib edir
Azərbaycan Müəllimlər İnstitutu təkzib edir
Hörmətli Teref.nfo saytının rəhbərliyi!
Azərbaycan Müəllimlər İnstitutunun Mətbuat və informasiya şöbəsi bildirir ki, 19 iyun 2015-ci il tarixində saytınızda “Müəllimlər İnstitunun tələbəsinin intiharı ətrafında iyrənc oyun... - Qanı batırırlar...” başlıqlı yazı dərc olunmuşdur.
Məlumat üçün bildiririk ki, AMİ-nin Ağcabədi filialının “Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə əyani şöbəsinin III kurs tələbəsi Kənan Abdullayev 12 iyun 2015-ci il tarixə qədər dərslərində müntəzəm iştirak etmiş, biliyi qiymətləndirilmiş, müvafiq bal toplayaraq imtahanlara buraxılmışdır. Heç bir rəsmi istinad verilmədən, dəqiqləşdirilmədən, həqiqətə uyğun olmayan məlumatlar burada göstərilmişdir.
İntihar hadisəsi iyunun 14-dən 15-nə keçən gecə Kənan Abdullayevin Bərdə rayonunun Mirzəxanlı kəndində yerləşən öz yaşayış evində baş vermişdir.
16 iyun 2015-ci il tarixdə bir qrup müəllim və TC-301 qrup tələbələri ilə birlikdə mərhumun yas mərasimində iştirak edilmiş, valideynlərinə baş sağlığı verilmişdir.
Mərhumun qrup yoldaşları – Əyyarzadə Əyyar Seyidağa oğlu, Dəmirova Şəmsiyyə Rəhman qızı və Pedaqoji fakültənin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Zamanov Murad Ədalət oğlu intihar səbəbinə aydınlıq kimi Kənan Abdullayevin çoxlu borcu olduğunu, çətin maddi vəziyyətini göstərərək bildirmişlər ki, hətta onlarin hər birisindən 300 manat borc pul da alıb.
Kənan Abdullayevin dövlətə 550 (beş yüz əlli) manat təhsil haqqı borcunu belə ödəyə bilməməsi tələbə yoldaşlarının gəldiyi qənaəti təsdiqləməkdədir. Anasının dediyinə görə Kənan təhsil haqqı ödəmək adıyla həmin pulu ailəsindən almış, lakin nəticə etibarilə ödənilməmişdir. Hətta mərhumun maddi sıxıntısı o qədər çox olmuşdur ki, boş vaxtlarında Ağcabədi şəhərində yerləşən marketlərdən birində satıcı kimi də çalışmışdır. Baş verən hadisə ilə bağlı filialın direktoru, dos. Mətanət Fərzəliyeva nə Bərdə Rayon Polis Şöbəsinə, nə də Bərdə Rayon Prokurorluğuna çağırıldığını bildirdi. Hadisə ilə bağlı görünən məqamlar hələ ki, bundan ibarətdir. Hazırda aidiyyatı orqanlar iş aparır. Araşdırmalar yekunlaşan kimi, ictimaiyyətə təfərrüatlı məlumat veriləcək.
Hörmətlə: AMİ-nin Mətbuat və informasiya şöbəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.