Bakıda kütləvi dava: transseksual öldürüldü

24-06-2015, 10:04           
Bakıda kütləvi dava: transseksual öldürüldü
Bakının Səbayel rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov, 26 ünvanında kütləvi dava olub.

Hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirilib. İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb.
Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.
Faktla bağlı Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanıb. Cinayəti törədən şəxsin şəxsiyyəti araşdırılır. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib (report.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru