Cəmiyyəti cəmiyyət edən dövlətdir!

15-02-2024, 12:08           
Cəmiyyəti cəmiyyət edən dövlətdir!
Bu ölkədə məni heç nə təəccübləndirmir. Bəlkə inandırıcı gəlməyəcək, son baş verən hadisə belə məni qətiyyən təəccübləndirmədi.
Bu ölkə potensial cinayətkarlarla doludur. Ölkənin başın buraxıblar. Ölkədə aqressivlik pik həddə çatıb. Bunu ən azı ictimai nəqliyyatdan istifadə edən hər kes görə bilir.
Bir də görürsən hansısa dölbeyin deyir, mətbuatda kriminal xəbərlər çox gedəndə cinayətlərin sayı artır. Nağıl danışmayın. Ölkədə heç nə yerində deyil. Atın qabağına ət, itin qabağına ot qoyanda belə olmalıdır.
Kimi dindirirsən problem, borc, bank, qiymət artımı, haqsızlıq, ədalətsizlik. Nə qədər neqativ şey var ölkədə xirtdəkdəndir.
Narkotik ayaq açıb yeriyir. Fahişəlik pik həddə çatıb. Eşşək qığı ilə yarpaq dolmasını ayırd edə bilməyən adamlar cəmiyyətə ağıl öyrədir. Məmur vətəndaşa, vətəndaş məmura düşmən kimi baxır. Yaxşı, ailəsini doğrayan şizofrendir. O biri cinayətləri törədənlər də şizofrendir? Biri anasının başın kəsir, biri keçmiş arvadının.
Bu qədər sosial problem olmaz. Bu bir yerdə partlaq verəcək. Mütləq hamı eyni gündə bir-birinin ətini yeməlidir?
Örtün, basdırın, artistlik edin, ölkə çiçəklənir deyə əfsanələr uydurun.
Bir də görürsən bir hadisə baş verir, dəmşalağın biri çıxıb deyir ki, onu biz öldürdük. Get tullan, debil, blət! Cəmiyyət nəyisə düzəldə bilməz! Cəmiyyəti cəmiyyət edən dövlətdir! Bunları dövlət düşünməlidir!
Kimi dindirirsən dövlət işinə girmək istəyir. Niyə? Xidmət üçün! Ala! Yaxşı yaşamaq, çapıb, talamaq, oğurlamaq üçün.
Baxırsan cəmiyyətin həyatından danışır. Partiya sədridir! Mahiyyətcə siyasi julikdir! Yaltaq, yaramaz, gözüyən görən ayrı cür girir. Müxalifətçilik edib, guya simasını qoruyan akademik fahişəlik edir. Jurnalist müstəntiqlik edir, politoloq fanatiklik edir, hərbi ekspert (yüksək post tutan hərbi qulluqçu) müharibə zamanı qardaşı oğlunu geri çəkmək üçün xahiş edir. Məmura sual verirsən dövlətin ən önəmli dəyəri nədir? Bayraq, torpaq deyir, qanmır ki, insandır! İnsan!
Səxavət Məmməd
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.