DƏYİRMANÇI DƏLİ QOCA, GƏL GÜLƏŞƏK!"..

16-02-2024, 16:37           
DƏYİRMANÇI DƏLİ QOCA, GƏL GÜLƏŞƏK!"..
Uşaqlıqda 5-8 yaş arası dövrümdə Nüvədinin kəndə yaxın Tervənit
yaylaq yurd yerimizin qalınormanlı su axan dərəsinə uşaqlarınan
enəndə, kəskin enişli, xəzəlli döngələrdəki xofu canımızdan qovmaq
üçün hündürdən qışqırardıq lap Etrusk dilinə bənzər kənd ləhcəmizdə:
"DƏYİRMONÇİ DALI QUCA, GA GÜLAŞƏƏX!"..
Deyərdik, qabaqda qarşımıza çıxa biləcək təsəvvürümüzdəki saçısaqqalı, üstü-başı, üz-gözü ard unlu amma buğda çörəyi yediyindən
güclü div boyda təsvir etdiyimiz "dəyirmançını" yıxa biləcəyimizlə
öyünərdik.
Deyərdik, susuz alçaqboylu meşəliklərdən, yemşan, qaramıx gilələri
axtardığı palıdlı təpələrdən bizdən qabaq suya, böyürtkənliyə enmiş və
görüşdə bizi əfgələyib heçə çevirə biləcək ayını, ayının balalarını, xəyali
"divləri" "qorxudardıq!".
Bir sözlə, Çırtdanlıq edərdik.
Cırtdan olsaydıq divlə divlik edirdik.
Bəlkə bu cəsarətdən idi ki. səsimiz nəfəsimizə, nəfsimizə ürək, dirək verirdi. Tervənit Üləsinin üstündəki əlçatmaz qalın böyürtkənliyə qədər enə
bilirdik. Və dəsgirə və "xıcca" vedrələrimizi də qara, turşa-şirin böyürtkənlə doldura bilirdik.
Budur, 30 ildir TÜRKÜN "ŞUMER" dərəsində bu cür, eynilə Tervənit
dərəsindəki kimi çığıra-çığıra dərin ormanlığa enirəm. Burada dəy heç Tervənitdəki dostlarım - qardaşlarım Cəmil (Fəxrəddin), Əli, Cəmilin
sinif yoldaşı və dostu Xankələm (Niyaz), dayıoğlum Eldar, həkim dostum Aydın, qardaşı "balaca Qıqı" (Oktay), Vaqif, "qoçu Ətgədə"
(İbrahim), zəmiçi bacım Nənəş, ana həyan olan Afərim xala, mən yaşdaolan oğlu Tofik də mənimlə iri-iri, şipşirin Türk böyürtkənləri dərməyə
enmirlər..
BU ORMANLI, CƏNGƏLLİKLƏRLƏ DOLU DƏRİN, YARIMQARANLIQ
DƏRƏDƏ TAMAMƏN TƏKƏM, TƏNHAYAM, YARƏBB!..
Fəqət bir Qərinədir 6 min illik zaman kol-kosu, qaratikanları, çalıçırpıları basmış, digər tərəfdən də avropalı dilbilməzlərin, qanmazların basdalayıb izlərini-isirlərini tamamən itirdikləri MÜDRİK ƏCDADLARIN
əkdiyi ağacların bihuşedici ətirli meyvələrindən dəsgirə-dəsgirə, zənbilzənbil dərmək qismət olur.
İstədiyim qədər dərib-dərib iri dəsgirəni, ellipsvari azman Gəncə
zənbilini ləbələb doldurub, üstlərini də dərədəki Cəviz ağaclarının
xüsusi ətirli yaşıl yarpaqları ilə örtüb qurtarmışdım ki, yəni 1000
səhifəlik ingilisdilli KİTABI nəşriyyata yığılmaq üçün təqdim etmişdim
ki..,
bu dəhgədə, Yaradan, məni yeni bir ormanlı dərəyə endirdi.
Xofu canımdan təzəcə çıxarmışdım ki, çılım-çılpaq, özü də deyəsən elə
biz törəmələri kimi izdivac yönümlü ETRUSK TÜRKLƏRİ dərəsinə
endirdi məni "YA Rəbb" dediyimiz qüvvə.
Di gəl, göyərçin kimi, elə bizlər kimi, bizim 800 illik ac-yalavac
poeziyamız kimi fikri-zikri Güntün (sutka boyu) eşq yanında olanlarla
sən dil tap.
Ancaq onu deyim ki, törətdiyi Latın əlifbasının güzgüdəki əksi
olduğunda, 700 mürəkkəb işarəli (!) mixi yazılara nisbətdə çox-çox asan oxunan qısa-frazalı Etrusklarla dil tapmaq çətin olmadı.
Ən çətininin üstündə bəzən 2-3 saat baş sındırmalı olursan.
Ancaq ki, ha qışqır, ha bağır Apennin - Florensiya - Etruriya - Tarkuini
ormanları boyu:
"DƏYİRMANÇI DƏLİ QOCA, GƏL GÜLƏŞƏK!"..
qabaqdan qaçmırlar ki, qaçmırlar.
Təkid edirlər: dünyanı heyrətdə qoyan sivil dünyamıza daima vurğun
qalan, ancaq bizi anlamayan, dilimizi qanmayan elm aləminə, dünya
ictimaiyyətinə yazılarımızın sirlərini bizim dildə aç göstər. Qoy, üzlərini
bircə dəfə TURU (Troya) müharibəsində görsək də, bizi Vətəndən
didərgin salmış yunan əsatirlərinin köməkliyi ilə açmağa son qoysunlar.
Axı əsatir hara, biz hara, yunan hara, biz hara? Bizlər miflərlə nəfəs
almış yunan axeylər, dorilər, ionianlar deyilik. Deyilik!
BİZ TÜRKÜK, TÜÜÜRK!
*** Mən "Şumer" cəngəlliyinə 50 yaşımdan sonra girdim.
Etrusk-Etruriya dərəsinə 80 yaşımdan sonra endim.
Oraya da Gil yazılar vasitəsilə vaxtilə Türkiyədə olmuş ETE ELİ
zirvəsindən endim. Faktlar özü endirdi məni ora.
Hələ 5-6 yaşlı Çırtdan dövrümdə "Dəyirmançı Dəli qoca" ilə "döyüşə"
girməyim, görünür, öz işini görmüşdü. Məndə özümə inam, xarici
faktorlara əyilməz İMMUNİTET yaratmışdı. Odur ki, bütün dünyanın
"Şumer", Etrusk Yalanına qarşı qaranlıq dərələrə enirəm. Məşhur
divlərələ dolu dərələrə. Ümid edirəm ki, Məlik Məmməd kimi saysız
divlərin taxçadakı şüşələrini sındırıb, oradan pırrr eləyib uçan qara
göyərçinlərin boğazlarını əllərimlə üzə bilmişəm. İndi u dərinliklərdən
bütün Dünyaya bərq səpəcək DƏNİZFƏNƏRİ İşığı ilə çıxmaq
Kimin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, müdrik
ulularımızın izləri ilə hara gəldi getməyə məcburam.
İstəyir Babilan olsun, istəyir Ete Eli, istəyir Etruriya...
Onlar özləri yalvarırlar: -BİZİ İŞIQLIĞA ÇIXAR MƏLLİM!"
Lap Nüvədi qız-gəlininin diliylə yalvarır və sonda anlar kimi də hələ
and yerini nişan verirlər:
"Tareyil məllim, səni bu gözəl amii canı, qurxma, ela!":
90 illik ömrü boyu, yalnız qurub, yaradan, susuz daşda-qayada
iydəətirli cənnət bağlar salan, on min illik susuz Qareysiman dərəsinə
uzaq "Qapçığaydan" su aşırıb gətirən, oranı behiştə çevirən xeyirxah "bu
gözəl əmi"min (atamın) canı"...
_________________________________
Aşağıdakı Etrusk eskizində 3 gözəl, 3 kişi təsvir olunub.
İzdivaca gəliblər.
Sağdakı saqqallının əlində "plakat" kimi qaldırdığı tabloda yazının
sirlərini tamam açmamışam hələ.
Ancaq ilk yanaşmada bu fikri tutmaq olur:
GƏLİN, QIZ ÜSTÜNDƏ DALAŞMAYAQ, PÜŞK ATAQ, KİM KİMƏ DÜŞDÜ,
"O DA ANU SKE ..."
qəti açıq yazısı ilə dediyi sözlərlə məni heyrətə saldı güzgüarxası şəkil.
Siz də xoflanmadan heyərtlənin... Bu. hələ harasıdır? Görəcəklərinizdən
xoflansanız,
"Dəyirmançı dəli qoca, gəl güləşək!.."... deyib, də qışqırın.
Kömək eləyir.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.