ÖLÜM ÇEMBERİ

18-02-2024, 11:58           
ÖLÜM ÇEMBERİ
Qarışqalar hərəkət etdikləri müddətcə feromon ifraz edərək iz buraxırlar. Feromon eyni növ arasındakı münasibətləri tənzimləyən maddədir, yunanca “hormon daşıyan” deməkdir. Bu izə görə qarışqalar həm yuvalarını və qidalarını, həm də təhlükəli bölgələri bulurlar. Daha çox qarışqa bir yerə toplananda qoxu nisbəti sürətlə artır.
Qarışqalar bir-birinə çox güvənirlər. Yolunu itirən bir qarışqanın buraxdığı feromon izini sürməyə başlayan qarışqalar get-gedə çoxalır və spiral şəklində kürtləvi şəkildə dönməyə başlayırlar.
Feromon miqdarı o qədər çoxalır ki, qarışqalar dairədən çıxa bilmir, saatlarla sürən hərəkətdən yorulub ard-arda ölməyə başlayırlar.
Arxadakı qarışqa önündə biri qalana qədər onu izləyir. Nəticədə minlərlə qarışqadan ibarət koloniya son qarışqaya qədər məhv olur. Çünki bu “Ölüm çəmbər”indən çıxmaq mümkün deyil.
Gəldiyimiz nəticə nədir? Hormonlarımıza təslim olmamalı, hər söylənənə inanmamalı, şüursuzca onu deyənin arxasınca getməməliyik. Sorğu-sual və tərəddüd etməli, yoxlamalı və düzgün qərar verməliyik. Əks təqdirdə…

https://t.me/ibrahim_nebioglu
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.