Putin tam təcrid edilib - Poroşenko

2-12-2018, 20:43           
Putin tam təcrid edilib - Poroşenko
Rusiya prezidentinin hərəkətləri bütün dünya üçün təhlükə yaradır

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşdən imtina etməsi Kremlin sahibinin tam təcrid edilməsinin bariz nümunəsidir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Petr Poroşenko Sky News telekanalına verdiyi müsahibəsi zamanı deyib.

“Tramp Twitter səhifəsində yazmışdı ki, Rusiya ələ keçirdiyi gəmiləri və dənizçiləri təcili geri qaytarmalıdır. Kremldən cavab almayan Ağ Evin sahibi çox böyük ehtimalla Putinlə görüşdən imtina etdi. Böyük Britaniyada kimyəvi hücumdan, MH17 təyyarəsinə terror aktından, Ukraynanın şərqindəki təcavüzdən, Suriyadan və başqa “əməllərdən” sonra Putin tam təcrid edildi”. Poroşenko belə deyib.

Poroşenko əlavə edib ki, Rusiyanın müasir sivilizasiyaya qayıtması üçün Rusiya prezidentinə təzyiq göstərilməlidir: “Çünki Putinin hərəkətləri bütün dünya üçün təhlükə yaradır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru