Tarasov erməniləri Bakı ilə hədələdi: - Biz gedə bilərik

6-12-2018, 09:21           
Tarasov erməniləri Bakı ilə hədələdi: - Biz gedə bilərik
Rusiya Nikol Paşinyanın simasında Ermənistan hakimiyyətinə ehtiyatla yanaşır, nəinki inamsızlıqla.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov deyib. O bildirib ki, Paşinyan yeni, standartdankənar siyasətçidir, onun Aİİ və KTMT-dəki həmkarları isə buna görə ona ehtiyatla yanaşırlar.

“Bəli, Ermənistan Yuri Xaçaturov məsələsində ciddi səhvə yol verdi və ona qarşı cinayət işi qaldırdı. Ermənistana KTMT lazımdır, KTMT İrəvanın yeganə təhlükəsizlik qarantıdır”, - Tarasov deyib.

“Ermənilər bizə elə baxır ki, sanki biz imperialistik. Əgər ermənilər azad olmaq istəyirsə, qoy azad olsunlar, bizim elə kompleksimiz yoxdur. Müasir Rusiya SSRİ deyil, imperiya da deyil. Biz abxazları və osetinləri xilas etdik. Əgər indi ermənilər istəmirsə ki, biz onlara türklərlə bağlı problemlərdə yardım edək, onda biz qatara oturub, gedərik”, - ekspert qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.