Castin Tryudo "Huawei"yin maliyyə direktorunun Kanadada həbsini şərh edib

7-12-2018, 08:07           
Castin Tryudo "Huawei"yin maliyyə direktorunun Kanadada həbsini şərh edib
Kanadanın baş naziri Castin Tryudo Çinin "Huawei Technologies" şirkətinin maliyyə direktoru Men Vançjounun Kanada ərazisində saxlanılmasına münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə "Global News" məlumat yayıb.

Siyasətçi bildirib ki, o, bu barədə müvafiq hakimiyyət orqanları tərəfindən bir neçə gün ərzində məlumatlandırılıb.

"Mən hamını əmin edə bilərəm ki, bizim ölkənin müstəqil məhkəmə sistemi və müvafiq hakimiyyət orqanları bu halda siyasi müdaxilə olmadan qərar qəbul edib", - deyə baş nazir bildirib.

Tryudonun sözlərinə görə, o, bu məsələni beynəlxalq tərəfdaşları ilə müzakirə etməyib.

Qeyd edək ki, daha əvvəl Kanadanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının Men Vançjounu saxlamaları barədə xəbər verilib. ABŞ onu ekstradisiya etmək istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru