ABŞ-da ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar

16-01-2018, 08:33           

Detroitdə yerləşən Şimali Amerika beynəlxalq salonunda ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar.

"İlin krossover"i kateqoriyasında ən yaxşı avtomobil "Volvo XC60" seçilib. Bu modeldən əlavə bu kateqoriyada "Alfa Romeo Stelvio" və "Honda Odyssey" modelləridə iştirak edib.

İlin minik avtomobilləri kateqoriyasında ən yaxşı "Honda Accord" seçilib. Bu modeldən əlavə bu kateqoriyada "Toyota Camry" və "Kia Stinger" modelləridə iştirak ediblər.

"Yolsuzluq avtomobili" kateqoriyasında isə ən yaxşı avtomobil "Lincoln Navigator" seçilib.

Qeyd edək ki, ilin ən yaxşı avtomobilini seçərkən hər kateqoriyada avtoekspertlər dizayna, təhlükəsizliyə, avtomobilin idarə olunmasına və digər xüsusiyyətlərini nəzərə alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru