Mikayıl Cabbarovdan daha bir neçə təyinat - 3 kadr görəvə gətirildi

16-01-2018, 13:31           
Mikayıl Cabbarovdan daha bir neçə təyinat - 3 kadr görəvə gətirildi
Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə 3 yeni müşavir təyin edib. “Report” xəbər verir ki, bununla da onun müşavirlərinin sayı 5-ə çatıb.

Məlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir.

Qeyd edək ki, X.Abdullayevin təyinatı ilə bağlı ötən həftə məlumat yayılmışdı.

Əlavə edək ki, M.Cabbarov bundan əvvəl Camal Qasımov və Elnur Əliyevi özünə müşavir təyin etmişdi.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru