Bakıdakı kinoteatrlardan birinin binası ticarət mərkəzinə çevrilib

18-01-2018, 19:19           
Bakıdakı kinoteatrlardan birinin binası ticarət mərkəzinə çevrilib
“Bakı” kinoteatrının yerləşdiyi binadan bu mədəniyyət ocağının adı sökülərək götürülüb.

“Report” xəbər verir ki, artıq “Bakı kinoteatrı” sözləri “Brend shopping univermaq marka malları” sözləri ilə əvəzlənib. Hazırda binanın böyük hissəsi müxtəlif mağazalardan ibarət ticarət mərkəzi kimi fəaliyyət göstərir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a açıqlamasında bildirib ki, binanın bir hissəsində ticarət mərkəzi olsa da, kinoteatrın fəaliyyəti dayandırılmayıb: “Amma kinoteatrın zalının əsaslı təmirə ehtiyacı var”.

Onun sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyəti də kinoteatrda tədbirləri keçirir: “Kinoteatrın yerləşdiyi bina sovet dövründə tikilib, 4-5 il olar ki, özəlləşib. Bina son illərdə ticarət mərkəzi kimi formalaşıb. Amma buna baxmayaraq oranın sahibi kinoteatrı saxlayır”.

Binanın sökülmə ehtimalına gəlincə, şöbə müdiri qeyd edib ki, rayon ərazisində hər hansı söküntü olanda bununla bağlı icra hakimiyyətinə məlumat verilir: “İndiyə qədər bizə hər hansı söküntü ilə bağlı müraciət olunmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru