Mikayıl Cabbarov yeni departament yaratdı, bəstəkarın oğluna yüksək vəzifə verdi

18-01-2018, 21:19           
Mikayıl Cabbarov yeni departament yaratdı, bəstəkarın oğluna yüksək vəzifə verdi
Vergilər Nazirliyində yeni departament yaradılıb.

teref.az APA-ya istinadən xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

Yeni yaradılan departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru