Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? - Aydın Əliyevdən reaksiya

19-01-2018, 12:53           
Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? - Aydın Əliyevdən reaksiya
Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbəri olduğu qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, 2017-ci ilin yekunlarına dair hesabat konfransında qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi müstəqil ekspertlərin öz fikridir:

"Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. Azərbaycanda isə müstəqil fəaliyyət göstərir. Buna hökümət özü müəyyənləşdirib qərar verməlidir. Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik".

Daha sonra Əliyev əlavə edib ki, elə ölkələr var ki, gömrük xidməti orada Maliyyə Nazirliyinin bazasında, bəzi ölkələrdə Sərhəd Xidməti ilə birgə, elə ölkələr də varki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru