500 MİLYON + 14 ÖLÜ – “Penoplast macərası”nın yekun tablosu!

20-05-2015, 00:19           
500 MİLYON + 14 ÖLÜ – “Penoplast macərası”nın yekun tablosu!
Xəbər verdiyimiz kimi, böyük faciəyə səbəb olan Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğından sonra hökumət binaların fasadına vurulmuş polistrol, penoplast və ya poliuretan üzlüklərin dərhal sökülməsinə qərar verib. Artıq Bakının bütün ərazilərində və bəzi məlumatlara görə Sumqayıtda bu üzlüklər sürətlə sökülməyə başlayıb. Bakıxanov qəsəbəsində, Xətai rayonunun Zığ şossesində yerləşən binalarda yaşayanlarn sözlərinə görə, söküntünün bütün gecə davam edəcəyi bildirilib.

Qeyd edək ki, böyük faciələrə səbəb olan yanğından sonra kağız kimi alovlanan bu üzlüklərin dəyişdiriləcəyi gözlənilən idi. Ancaq bunun Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcəyi gözlənilirdi.
Görünür baş vermiş faciədən sonra paytaxt sakinlərinin etirazının artması, insanların üzlükləri dağıtmağa başlaması və mümkün təxribat ehtimalları hökuməti dərhal hərəkətə keçməyə vadar edib. Hər halda daxil olan məlumatlar göstərir ki, hökumət bütün bu cür üzlüklər vurulmuş binaların fasadlarının dərhal dəyişdirilməsinə qərar verib. Mümkündür ki, bu yanğınların təxribat olduğundan şübhələnən hökumət, növbəti belə faciələrin qarşısını almaq üçün hərəkətə keçmək zərurəti görüb.

Bu baxımdan bu gün həyatını itirənlər, bir növ belə binalarda yaşayanların gələcəkdə qarşılaşacaqları faciələrin qarşısını almış oldular. Neçə-neçəfaciələri əngəllədilər. Kaş ki, Nobel prospektindəki bina yandıqdan sonra bu addım atılaydı. O zaman bugünkü faciənin də şahidi olmazdıq.

Hər halda, gec də olsa verilən bu qərar, doğru qərardır. Bütün bu cür üzlüklərin vurulduğu binaların fasadlarıın dəyişdirilməsi zəruridir. Bakını bu bəladan qurtarmaq lazımdır.

3pulLakin məsələnin bir də maliyyə tərəfi var. Belə ki, verilən məlumatlara görə, hazırda Bakıda və ətraf qəsəbələrdə 800-ə yaxın binanın fasadına polistrol, penoplast və ya poliuretan üzlükləri vurulub. Bütün bu binaların üzlüklərinin dəyişdirilməsi gözlənilir. Bir binanın fasadına polistrol, penoplast və ya poliuretan üzlüklərin vurulmasına (material xərcləri, tikinti işləri və sairə) orta hesabla 500 min manat xərcləndiyini nəzərə alsaq, bu işə təxminən 400 milyon manat xərcləndiyi ortaya çıxır. Bura söküntü və təmizlik işlərinə çəkiləcək vəsati də əlvə etsək, minimum 500 milyon manatın havaya sovrulmasından danışa bilərik.

Dövlətə bu böyüklükdə ziyan vurulmasına və 14 nəfərin ölümü, 60 nəfərin yaralanmasına görə kimsə cavab verəcəkmi???


AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.