Yanğına görə kim günahkardır - istehsalatçı ya sifarişçi

20-05-2015, 17:50           
Yanğına görə kim günahkardır - istehsalatçı ya sifarişçi
Azərbaycanı titrədən dəhşətli bina yanğınının ağır nəticələrini aradan qaldırılmaqla yanaşı, bu hadisənin səbəbləri ciddi araşdırma tələb edir. Artıq istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov tutulub.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb.

Ancaq bir qaranlıq məqam var, bu hadisəyə görə, istehsalçşı həbs edilməli idi, yoxsa sifarişçi?

"Hüquqi Dövlət" araşdırmalar mərkəzinin rəhbəri, kriminalist Müzəffər Baxış Mili.Az-a açıqlamasında bildirdi ki, baş vermiş yanğına görə binanın penaplast üzlüklə üzlənməsinin sifariçisi həbs olunmalıdır.

Ekspertin sözlərinə görə, istehsalçı hadisəyə görə həbs edilə bilməz:

"Bu məsələnin mahiyyəti çox dərindir. Bu bina işində çox ciddi oğurluqlar var. Ona görə də sənədlər müəyyən edilmədən, araşdırılmadan nəsə demək qeyri-mümkündür. Əgər istintaq obyektiv gedərsə, tam məsuliyyətimlə bildirirəm ki, sənədər üzə çıxandan sonra binanın bütöv daş, yoxsa aqlay üzlüklə fasadlanması üzə çıxıcaq. Çünki binaların bir-iki metri aqlay olur, qalan hissləri penaplast. Bakı şəhərində 800-ə yaxın bina penaplastla üzlənib. Ona görə də bütün sənədlər ortaya qoyulmalı, görülən işlərlə bağlı Forma 2 tərtib olunmallıdır".

M.Baxış hesab edir ki, ciddi araşdırma aparılandan sonra faciənin kimlər tərəfindən törədilməsi və pul vəsaitlərinin mənimsənilməsi üzə çıxa bilər. Əgər ciddi istintaq gedərsə, çox yüksək vəsifəli şəxslərin cinayət məsuliyyətindən söhbət gedir.

"Kimisə keyfiyyətsiz məhsul istehsal etdiyinə görə məsuliyətə cəlb etmək olar, amma bunun niyə vurursan binanın üzlüyünə? Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və hadisə olan rayonun icra başçısı ciddi məsuliyət daşıyır. Təhlükəsizlik məsələsinə gəlincə, hər bir layihə hazırlanarkən hər şey nəzərə alınır. Əgər binanın fasadı dəyişidirilirsə, layihə tərtib olunur. Hündürmərtəbəli yaşayış binası olması nəzərə alınmaldır. Sırf təhlükəsizlik yox, binanın nəfəs alıb-almaması da nəzərə alınmalıdır. Penaplast binada havalanmanı iflic vəziyyətinə salır, orada yaşayanların həyatı üçün təhlükə yaranır, bu araşdırılmalıdr. Bunun hansı məqsədlə edilməsi ortaya çıxarılmalıdır. Bəlkə binanı belə edənlər Azərbaycanın düşmənidir. Qəsdnən cinayətlər törədirlər ki, burada yaşayan insanlar bir neçə ildən sonra xəstəliyə tutulsunlar. Bu məsələ elmi araşdırılmalı və elmi sübutlarla sübut olunmaldır ki, bu cinayət törədənlərin məqsədi pul qazanmaq olub, yoxsa millətin genefondunun məhv etmək", - ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.