Xaltalı “hüquq müdafiəçiləri”
25-05-2015, 21:33
Avropa İttifaqının Riqa Sammiti də tarixə çevrildi. Təssüf ki, bu sammit pis xatirələrlə yadda qalacaq. Vətəndaş cəmiyyəti nümayəndələri üçün təşkil edilən bütün tədbirlərə xüsusi təlim görmüş “xaltalı hüquq müdafiəçiləri” ilə yanaşı, Ümumavropa qurumlarında çox ciddi vəzifələr tutan muzdlular da gətirilmişdi. Yeri gəlmişkən onlardan biri bu yaxınlarda özünün səfeh (idiot) olmasından şübhələnmişdi.
Bütün sahələrdə fırıldaq yolu ilə böyük pullar qazanılır. Məslən əczaçılıq şirkətləri maya qoyur, müvafiq qurumlar da bir infeksion xəstəlik fikirləşib tapırlar ("quş qripi", "donuz qripi", SARS və s.). Sonra onu yaxşıca fırladıb şişirdirlər. Daha sonra isə əlac axtarışı başlanır. Vaksin-filan. Milyardlar qazanılır.
Astoronomlar beş min işiq ili məsafəsində nə isə tapırlar, ekoloqlar iqlim dəyişikliyinin “qarşısını almaq” istəyirlər və s. İndi dünyada QHT mafiyası da bu işlə məşğuldur. Ölkələrdə problem axtarırlar, problem isə həmişə var. Yoxdursa, bu da problem deyil. Problemi yaradırlar. Sonra təsir agentlərini tapırlar. Hazır şəbəkələr başlayır problemi və ya süni yaradılmış problemi şişirtməyə. Bəyanatlar, bəzi ölkələrin `narahatçılıqları` filan...
Bəzi dövlətlər də bu hazır şəbəkələrdən istifadə edir və ya belələrini yaradır. Məsələn, Norveç hökumətinin yaratdığı Norveç İnsan Hüquqları Evi kimi. Dövlətdən maliyyə alan bu tipli qurumlar guya müstəqildir və guya bunları insan hüquqları maraqlandırır.
Avropanın bəzi korrupsiyalaşmış çirkli təşkilatları Hüquq müdafiəçilərinin yeni nəslini formalaşdıra bilib. Belələrini “konvoy” altında bir tədbirdən digərinə aparılan və eyni məzmunlu “şparqalkalardan” istifadə edərək çıxış edən “xaltalı hüquq müdafiəçiləri” də adlandırmaq olar.
Mən son bir ildə ən azı beş beynəlxalq tədbirdə bir nəfər keçmiş vicdan məhbusunun (əvvəldən məqsədli şəkildə “düzəldilən” vicdan məhbusu da demək olar) 3 nəfərin müşayəti ilə tədbirə gətirilməsinin və eyni məzmunlu çıxışlar etməsinin şahidi olmuşam. Bu şəxs mənim iştirak etmədiyim, amma digər kolleqaların iştirak etdiyi tədbirlərdə də eyni şeyləri təkrarlayıb.
Riqa Sammitində də belə “konvoyla” gətirilən “hüquq müdafiəçilərinin” olacağı gözlənilirdi. Riqada paralel olaraq 3 tədbir keçirilirdi, Azərbaycanla bağlı eyni məzmunlu çıxışlar hər birində oldu.
İnsan hüquqları heç bir ölkənin daxili işi deyil, mən də dəfələrlə bunu qeyd etmişəm. İnsan hüquqlarını müdafiə edən hər kəs də istənilən hökuməti tənqid edə bilər və etməlidir. Amma insan hüquqlarını əlində alət kimi istifadə edənlərin aləti olaraq yox, öz qənaəti əsasənda və müstəqil şəkildə.
Muzd hesabına `insan hüquqlarının müdafiəsi` adı altında dövlətləri aşağılamaq, hökumətləri təhqir etmək istəyənlər getdikcə çoxalır. Bu tendesiya hökumətlərdən çox, real vətəndaş cəmiyyətləri üçün ciddi təhlükədir.
Azərbaycanda fəaliyyət göstərən və ya hazırda Avropaya qaçan xelyli “xaltalı” hüquq müdafiəçiləri vətəndaş cəmiyyətinə ciddi zərbə vura biliblər. Böhtan, şantaj kampaniyaları aparan bu şəxslər yaratdıqları onlarla satillit təşkilatlar vasitəsilə ölkəyə daxil olan qrantların 75%-dən çoxunu mənimsəyirdi. İndi də belədir. Bu parazitlər ordusundan indi Avropada yaxşı istifadə edirlər.
Hörmət etdiyim kolleqalardan biri mənə dedi ki, bu yaxınlarda Avropada ölkə Prezidenti tərəfindən əfv olunmuş bir gənc “mübariz” görüb. Əvf olunandan sonra gedib Avropada yaşayır. (Elə ona görə şuluq salmışdı ki, tutulub `vicdan məhbusu` siyahısına düşsün). Deyir ki, qulağının birinə sırğa taxmışdı. Yəqin o da növbə gözləyir və ümid edir ki, onu da “xaltalayıb” ora bura aparacaqlar. Amma, “şparqalka” oxumaq da bir az savad tələb edir. Yalnız satqın olmaq kifayət etmir.
İndi Avropanın bəzi QHT-ləri küllü miqdarda pullar qazanmaq üçün belə qulağsırğalılardan ibarət alternativ vətəndaş cəmiyyəti yaradır. Görək, nəyə nail olacaqlar.
Vicdan məhbusu olmaq vicdansızların məhbusu olmaqdan yaxşıdır. Vicdan məhbusu əvvəl-axır azadlığa çıxır. Vicdansızların və öz vicdanının məhbusuna çevirilənlərin taleyinə acıyıram. Belələri “ömürlük cəzaya” məhkumdurlar.
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri
virtualaz.orq