Samir Şərifov üçün əcəl zəngi- Mil­yard­lıq ma­liy­yə fı­rıl­da­ğı onu çıxılmaz vəziyyətə salıb

8-09-2016, 20:35           

Ba­kı Ağır Ci­na­yət­lər Məh­kə­mə­sin­də Azər­bay­can Bey­nəl­xalq Ban­kı­na kül­li miq­dar­da zi­yan vu­rul­ma­sı fak­tı ilə əla­qə­dar ban­kın İda­rə He­yə­ti­nin sa­biq səd­ri Ca­han­gir Ha­cı­yev və onun­la bir­lik­də təq­sir­lən­di­ri­lən şəxs­lə­rin işi üz­rə ke­çi­ri­lən pro­ses­lər­də Ma­liy­yə Nazir­li­yi­nin rəh­bər şəxs­lə­ri­nə qar­şı sərt it­ti­ham­lar səs­lə­nir.

Sa­biq bank rəh­bə­ri Ca­han­gir Ha­cı­yev ona ünvanlanan it­ti­ham­la­ra ma­liy­yə na­zi­ri Sa­mir Şərifovun da şə­rik ol­du­ğu­nu id­di­a edir. Hət­ta na­zi­rin də məh­kə­mə­də onun ya­nın­da – müttəhimlər kürsüsündə otur­ma­lı ol­du­ğu­nu deyir.

Bir ne­çə məh­kə­mə pro­se­sin­də Sa­mir Şə­ri­fo­va qar­şı səs­lə­nən it­ti­ham­lar­dan son­ra na­zir­lik bank rəh­bə­ri­nə ca­vab ver­mək məc­bu­riy­yə­tin­də qa­lıb.

Ban­kın İda­rə He­yə­ti­nin sa­biq səd­ri ilə bağ­lı ke­çi­ri­lən məh­kə­mə iclas­la­rın­da Ma­liy­yə Na­zir­li­yi­nin rəh­bər şəxs­lə­ri­nin ün­va­nı­na səs­lən­di­ri­lən it­ti­ham­lar­la əlaqədar nazirliyin mət­bu­at ka­ti­bi Ma­yis Pi­ri­yev deyib ki, bir qay­da ola­raq qu­rum sə­feh­lə­mə­lə­rə müna­si­bət bil­dir­mir və bu tip açıq­la­ma­la­rın sə­viy­yə­si hər han­sı cid­di re­ak­si­ya da tə­ləb et­mir:

"Ye­ga­nə ola­raq qeyd edə bi­lə­rik ki, müt­tə­him kürsüsün­də əy­lə­şən ban­kın sa­biq rəh­bə­ri­nin hə­qi­qə­ti əks et­dir­mə­yən və hər han­sı fak­ta söy­kən­mə­yən boğaz­dan yu­xa­rı açıq­la­ma­la­rı tö­rət­di­yi ci­na­yət­lə­ri siya­si­ləş­dir­mək, ic­ti­ma­iy­yə­tin diq­qə­ti­ni tö­rət­di­yi və bu gün məh­kə­mə pred­me­ti olan əməl­lə­rin­dən yayındırmaq, mü­ha­ki­mə­yə ai­diy­yə­ti ol­ma­yan məsələ­lə­rə yö­nəlt­mək məq­sə­di ilə is­ti­fa­də edi­lən ucuz fənd­lər­dən baş­qa bir şey de­yil. Hə­min uğur­suz fənd­lər və ma­nevr­lər də nə­ti­cə eti­ba­rı ilə məhz özü­nü if­şa­e­di­ci xa­rak­ter da­şı­yır.

Be­lə ki, hə­min şəx­sin məh­kə­mə ic­la­sın­da eti­raf etdiyi ki­mi, qay­ta­rıl­ma­yan kre­dit­lə­rin ay­rıl­ma­sı bilava­si­tə onun şəx­si qə­rar­la­rı və tap­şı­rıq­la­rı əsasında hə­ya­ta ke­çi­ri­lib. Bu za­man Mü­şa­hi­də Şu­ra­sı­nın mü­əy­yən et­di­yi kre­dit risk­lə­ri üz­rə li­mit­lər kobud şə­kil­də po­zu­lub (li­mit­lər aş­dı­ğı təq­dir­də Mü­şa­hi­də Şu­ra­sı­nın ra­zı­lı­ğı ol­ma­lı idi)".

M.­Pi­ri­yev qeyd edib ki, bir çox hal­lar­da kre­dit­lər bankın İda­rə He­yə­ti­nin sa­biq səd­ri­nin ay­rı­-ay­rı xa­ri­ci öl­kə­lər­də ya­ra­dıl­mış və nə­ti­cə eti­ba­rı ilə sa­hib­li­yi ona məx­sus olan müx­tə­lif of­şor şir­kət­lə­rə (Lük­sem­bur­qun adı­nı tə­sa­dü­fən çək­mə­yib) ötü­rü­lə­rək ban­ka heç bir fay­da gə­tir­mə­yən la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə yö­nəl­di­lib və ya nağd­laş­dı­rı­la­raq mə­nim­sə­ni­lib.

Öl­kə­dən bö­yük məb­ləğ­də və­sa­it çı­xa­rı­lıb

Ma­liy­yə Na­zir­li­yi­nin rəs­mi­si bil­di­rib ki, 2009-­cu ilin okt­yabr ayın­dan 2015-­ci ilin mart ayı­na­dək Müşahidə Şu­ra­sı­nın qə­rar­la­rı­na zidd ola­raq 1,5 mln ma­nat li­mi­tin­dən yu­xa­rı məb­ləğ­lər­də hü­qu­qi və fi­zi­ki şəxs­lə­rə ümu­mi­lik­də 1,3 mil­yard ma­nat, 1,4 mil­yard dol­lar və 300 mil­yon av­ro həcm­lə­rin­də kre­dit­lər verilib ki, bun­la­rın da ək­sə­riy­yə­ti uzun müd­dət ərzində qay­ta­rıl­ma­ya­raq prob­lem­li və ümid­siz kre­dit­lər qru­pu­na aid edi­lib:

"Ey­ni za­man­da, ban­kın sa­biq rəh­bər­li­yi­nin gös­tə­riş­lə­ri ilə möv­cud qa­nun­ve­ri­ci­li­yə zidd ola­raq 2 mi­nə ya­xın hal­da 3,7 mil­yard dol­lar və 1,1 mil­yard av­ro və­sa­it öl­kə­dən çı­xa­rı­la­raq hər han­sı müs­bət re­pu­ta­si­ya­ya və ya kre­dit rey­tin­qi­nə ma­lik ol­ma­yan, ək­sə­riy­yə­ti of­şor­lar­da ye­ni ya­ra­dıl­mış şir­kət­lə­rin borc ka­ğız­la­rı­nın (vek­sel­lə­rin) alın­ma­sı­na sərf olu­nub. Bu və­sa­it­lər son­ra­dan çox­pil­lə­li kö­çür­mə­lər va­si­tə­si­lə son be­ne­fi­si­a­rı və ya be­ne­fi­si­ar­lar­dan bi­ri Ca­han­gir Ha­cı­yev ol­du­ğu la­yi­hə­lə­rə yö­nəl­di­lib, on­la­rın əksəriyyə­ti bu gü­nə­dək qay­ta­rıl­ma­yıb".

O ki qal­dı Mü­şa­hi­də Şu­ra­sı­nın qə­rar­la­rı ilə rəs­mi­ləş­di­ril­mə­si­nə ra­zı­lıq ve­ri­lən kre­dit­lə­rə, M.­Pi­ri­yev de­yib ki, bun­la­rın sa­yı 7, ümu­mi­lik­də məb­lə­ği 250 mil­yon ABŞ dol­la­rı və 261 mil­yon ma­nat təş­kil edib ki, bugün­kü ta­ri­xə qeyd olu­nan kre­dit­lə­rin ha­mı­sı bağlanıb.

8 mil­yard dol­la­ra ya­xın və­sa­it 2 kanlla mə­nim­sə­yib­lər


Na­zir­li­yin bank rəh­bə­ri­nin səs­lən­dir­di­yi id­di­a­la­ra ca­va­bı bir­mə­na­lı qar­şı­lan­ma­yıb. Bu ba­rə­də fi­kir­lə­ri­ni "Rey­tinq"­lə bö­lü­şən ta­nın­mış iq­ti­sad­çı Röv­şən Ağayev de­yib ki, Ma­liy­yə Na­zir­li­yi­nin açıq­la­dı­ğı məlu­mat­dan be­lə ay­dın olur ki, Bey­nəl­xalq Bank va­si­tə­si­lə 8 mil­yard dol­la­ra ya­xın və­sa­it 2 ka­nal­la mənim­sə­ni­lib. Röv­şən Ağa­ye­vin söz­lə­ri­nə gö­rə, bu ka­nal­lar­dan bi­ri bu olub ki, ay­rı­-ay­rı Azər­bay­can vətən­daş­la­rı­nın adı­na iri məb­ləğ­də, bə­zən hət­ta 50-60 mil­yon dol­lar kre­dit ya­za­raq şəx­si məq­səd­lər üçün is­ti­fa­də edi­lib, son­ra on­la­rın xey­li his­sə­si­ni almaq müm­kün ol­ma­dı­ğın­dam prob­lem­li və ümid­siz borc ki­mi rəs­mi­ləş­di­rib­lər: "Baş­qa ka­nal bu olub ki, of­şor zo­na­lar­da şir­kət­lər qey­diy­yat­dan ke­çi­rib, Bankın və­sa­it­lə­ri­ni on­la­rın vek­sel­lə­ri­ni al­maq adı ölkə­dən çı­xa­ra­raq son­ra­dan hə­min və­sa­it­lə­ri də xaric­də­ki şir­kət­lə­ri­nə və he­sab­la­rı­na yö­nəl­dib­lər".

R.A­ğa­yev bil­di­rib ki, 8 mil­yard dol­lar Azər­bay­ca­nın 7-8 il­lik təh­sil, az qa­la 20 illk sə­hiy­yə, 5 il­lik so­si­al mü­da­fi­ə xərc­lə­ri­nə bə­ra­bər bir məb­ləğ­dir:

"Son gün­lər əsas gü­nah­ka­rın də­qiq­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də qız­ğın mü­za­ki­rə­lər ge­dir. Hə­lə­lik ən böyük təq­sir­kar qis­min­də ha­zır­da məh­kə­mə­si da­vam edən Ban­kın keç­miş rəh­bə­ri Ca­han­gir Ha­cı­yev­dir. Məh­kə­mə­nin ge­di­şi gös­tə­rir ki, Ca­han­gir Ha­cı­ye­vin özü­nü mü­da­fi­ə­si üçün səy­lə­ri əbəs­dir. Bü­tün fakt­lar əley­hi­nə iş­lə­yir. Heç nə yox, tək­cə öz ya­xın çev­rə­si­nin adı­na aç­dı­ğı tə­mi­nat­sız kre­dit xət­lə­ri­nə gö­rə onu mü­ha­ki­mə et­mək müm­kün idi".

Mü­va­fiq qu­rum­lar bö­yük ta­la­na göz yu­mub

R.A­ğa­ye­vin fik­rin­cə, bu işə gö­rə öl­kə­nin bü­tün maliyyə sis­te­mi­nin rəh­bər şəxs­lə­ri, bü­töv­lük­də hö­ku­mət mə­su­liy­yət da­şı­yır. Onun söz­lə­ri­nə gö­rə, bu gün Ma­liy­yə Na­zir­li­yi bü­tün gü­nah­la­rı Ca­han­gir Hacıyevin boy­nu­na qo­yub. Am­ma "Bank­lar haqqında" Qa­nu­nun 25-­ci mad­də­si­nə gö­rə, Müşahidə Şu­ra­sı bank­la­rın ida­rə edil­mə­si­nə və fəaliy­yə­ti­nə nə­za­rə­ti hə­ya­ta ke­çir­mək, ban­kın İda­rə He­yə­tin­dən he­sa­bat al­maq, bank tə­rə­fin­dən qüv­və­də olan qa­nun­ve­ri­ci­li­yin po­zul­ma­sı fak­tı­nı mü­əy­yən et­dik­də bu po­zun­tu ba­rə­sin­də səhm­dar­la­rın ümu­mi yı­ğın­ca­ğı­nı, Au­dit Ko­mi­tə­si­ni və İda­rə He­yə­ti­ni xə­bər­dar et­mək, İda­rə He­yə­ti üzv­lə­ri­ni və­zi­fə­dən kənar­laş­dır­maq, ban­kın eti­bar­lı və pru­den­si­al ida­rə olun­ma­sı­nı tə­min et­mək üçün zə­ru­ri olan qay­da­la­rı və da­xi­li əsas­na­mə­lə­ri qə­bul et­mək, ban­kın fə­a­liy­yə­ti­nin komp­leks və ya ay­rı­-ayn sa­hə­lə­ri­nin yox­lan­ma­sı ba­rə­də qə­rar qə­bul et­mək sə­la­hiy­yə­ti­nə ma­lik­dir:

"Bey­nəl­xalq Ban­kın Mü­şa­hi­də Şu­ra­sı­na isə Ma­liy­yə Na­zir­li­yi rəh­bər­lik edib. Bu sə­la­hiy­yət­lə­ri ic­ra et­mək ki­fa­yət idi ki, in­di şa­hid­lik et­di­yi­miz bö­yük kor­rup­si­ya əmə­liy­yat­la­rı baş ver­mə­miş ola idi. Bun­dan əla­və, bu Qa­nu­nun 34-­cü mad­də­si­nə gö­rə Mər­kə­zi Bank pru­den­si­al nor­ma­tiv­lər və tə­ləb­lər ba­xı­mın­dan ban­kın bü­tün iri kre­dit əmə­liy­yat­la­rı­na, bank rəh­bər­li­yin­də olan şəxs­lə­rə, on­la­rın ya­xın­la­rı­na ve­ril­miş kre­dit­lə­rin həc­mi­nə və ak­tiv­lə­rin və­ziy­yə­ti­nə nə­za­rət et­mək hüqu­qu var­dı. Ban­kın rəh­bər­li­yi yı­xıl­ma­ya­na qə­dər 7-8 il ər­zin­də bu qu­rum­lar­dan heç bi­ri sə­la­hiy­yə­tin­dən is­ti­fa­də et­mə­yib. Am­ma in­di bun­lar ba­rə­də danış­maq çox­la­rı­na sərf et­mir. Bu iş­də mü­da­fi­ə oluna­caq, gü­nah­sız olan bir­cə tə­rəf var - o da Azərbay­can xal­qı­dır, 8 mil­yard dol­la­rı oğur­lan­mış, zə­rə­çə­kən Azər­bay­can xal­qı. Tə­əs­süf ki, və­ziy­yət bu şə­kil­də acı­na­caq­lı­dır".

Öl­kə­nin bank-­ma­liy­yə nə­za­rə­ti sis­te­mi iş­lə­mə­yib


Ta­nın­mış iq­ti­sad­çı alim Qu­bad İba­doğ­lu isə Reyting.az-a de­yib ki, Bey­nəl­xalq Ban­kın sa­biq rəhbə­ri Ca­han­gir Ha­cı­ye­vin it­ti­ham­la­rı­na ca­vab ola­raq, Ma­liy­yə Na­zir­li­yi­nin son açıq­la­ma­sı bir çox kölgə­li mə­sə­lə­lə­rə işıq sa­lır. Onun söz­lə­ri­nə gö­rə, bu açıq­la­ma­dan bəl­li olur ki, Bey­nəl­xalq Bank 2009-­cu ilin okt­yab­rın­dan 2015-­ci ilin mar­tı­na qə­dər ya­xın­la­rın­dan iba­rət olan hü­qu­qi və fi­zi­ki şəxs­lə­rə zə­ma­nət­siz 1,3 mlrd. ma­nat, 1,4 mlrd. dol­lar və 300 mln. av­ro ve­rib, öl­kə­dən 3,7 mil­yard dol­lar, 1,1 mil­yard av­ro çıxa­rıb: "Bu o de­mək­dir ki, öl­kə­də 6 il ər­zin­də nə bank-­ma­liy­yə nə­za­rə­ti, nə də val­yu­ta-­göm­rük nə­za­rə­ti sis­te­mi iş­lə­mə­yib, bu funk­si­ya­la­rı hə­ya­ta ke­çi­rən Mər­kə­zi Bank, Ma­liy­yə Na­zir­li­yi və göm­rük or­qan­la­rı üzə­ri­nə dü­şən adi və­zi­fə­lə­ri­ni be­lə ic­ra et­mə­yib­lər, be­lə­lik­lə də, Cə­nu­bi Qaf­qa­zın ən bö­yük ban­kın­da ra­si­o­nal ida­rə­çi­lik de­yil, məq­səd­yön­lü ta­lan­çı­lıq olub, nə­ti­cə­də döv­lət ma­liy­yə sis­te­mi­nin ba­lan­sı po­zu­lub, bank sis­te­mi­nin "o­nur­ğa sü­tu­nu" zə­də­lə­nib. Be­lə fakt­lar si­vil öl­kə­lər­də açıq­lan­say­dı, ilk növ­bə­də maliy­yə-­bank, val­yu­ta nə­za­rə­ti­nə mə­sul olan bü­tün or­qan­la­rın rəh­bər­lə­ri is­te­fa ve­rər və on­lar dər­hal məsu­liy­yə­tə cəlb olu­nar­dı. Bəl­kə də bu il­lər ər­zin­də 3,7 mil­yard dol­lar, 1,1 mil­yard av­ro öl­kə­dən çı­xa­rıl­ma­say­dı, elə­cə də mil­yard­lar­la ma­nat kre­dit zəmanət­siz ve­ril­mə­səy­di, ha­zır­da mil­li val­yu­ta­nın duru­mu bu də­rə­cə acı­na­caq­lı ol­maz­dı".


Ha­ki­miy­yə­tin yu­xa­rı da­i­rə­lə­rin­də təm­sil olu­nan şəxs­lər­dən bi­ri­nin söz­lə­ri­nə gö­rə, Ca­han­gir Ha­cı­ye­vin məh­kə­mə­də bu qə­dər ha­zır­lıq­lı və konk­ret fakt­lar­la çı­xış edə­cə­yi göz­lə­nil­mir­di. An­caq sa­biq bank rəh­bə­ri­nin bir­ba­şa ma­liy­yə na­zi­ri­ni it­ti­ham et­mə­si və nazirli­yin də yol ver­di­yi cid­di qa­nun po­zun­tu­la­rı barədə fakt­la­rı açıq­la­ma­sı və­ziy­yə­ti də­yi­şib: "Hə­lə­lik pro­se­sin axa­rın­da hər han­sı cid­di də­yi­şik­lik ol­ma­sa da, qar­şı­da­kı dövr­də Sa­mir Şə­ri­fov­dan da he­sab soru­la bi­lər. Əgər bu mə­sə­lə­də ma­liy­yə na­zi­ri də cavab­deh şəxs ki­mi pro­se­sə cəlb olun­sa, onun tək­cə və­zi­fə­si­ni itir­mə­si ilə ya­xa­sı­nı qur­tar­ma­sı müm­kün ol­ma­ya­caq. Yə­ni, C.­Ha­cı­ye­vin tə­bi­rin­cə de­sək, S.Şə­ri­fov da məh­kə­mə­də onun ya­nın­da otu­ra bi­lər”.

Bi­zi bil­gi­lən­di­rən şəxs ehtimal edir ki, bun­dan sonrakı qə­rar məh­kə­mə­nin ge­di­şa­tın­dan ası­lı olacaq. Əgər C.­Ha­cı­yev bu şə­kil­də da­vam elə­sə, daha cid­di fakt­lar or­ta­ya qoy­sa, S.­Şə­ri­fo­vun "qur­ban ve­ril­mə­si" qa­çıl­maz ola bi­lər.

Reyting.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru