Ekspertdən proqnoz: “Dolların qiyməti 3 manatdan 5 manata qədər qalxa bilər”

10-09-2016, 08:19           
Ekspertdən proqnoz: “Dolların qiyməti 3 manatdan 5 manata qədər qalxa bilər”
Ölkədə milli valyuta ilə bağlı ciddi həyəcan yaşanır.Ölkə banklarının xarici valyuta satışından imtina etməsi manata psixoloji təzyiq göstərməkdə davam edir. Ekspertlər də iddia edirlər ki, ölkə banklarının cəmi bir neçəsi dollar satışı həyata keçirdiyindən qıtlıq “qara bazar”da aktivliyə səbəb olub. Sentyabrın 5-dən sonra “qara bazar”da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər daha da artmaqdadır. Fins.az xəbər verir ki, hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır. Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, “qara bazar”da 5 minə qədər dollar almaq mümkündür.
Vəziyyəti dəyərləndirən iqtisadçı ekspert Oktay Haqverdiyev Cumhuriyyet. az-a açıqlamasında söyləyib ki, bu ilin sonuna kimi 1 dollar 1,80 1, 90 manata bərabər olacağı gözləniləndir. Ekspertin fikrincə, manatın məzənnəsi Mərkəzi Bank və hökumət tərəfindən tənzimlənir:” Biri var xaricdəki kimi valyuta bazar iqtisadiyyatına -tələb və təklifə uyğun ya yuxarı qalxsın, ya da aşağı düşsün. Bu da dünyada gedən proseslərlərlə əlaqədardır. Azərbaycanda isə məzənnə dövlət tərəfindən tənzimlənir. Manat sərbəst buraxılmayıb. Buraxılsa, onun real qiyməti tamam başqadır. Ona görə də, manatın ucuzlaşması tədricən gedəcək. 3-4 ilə öz real qiymətinə -3 manatdan 5 manata qədər çata bilər. Amma bu poses Azərbaycanda neftin qiyməti 100 dollar da olsa, ölkəmizdə bu proses getməlidir. Amma həmin proses 1-2 ilə deyil, 4-5 ilə baş tuta bilər. Hələ ki, dollar az-az bahalaşır. Proses davam edəcək”.
Ekspertin fikrincə, hökumət manatı buraxsa, bu, sosial gərginliyə səbəb ola bilər:”Ona görə də, dövlət düz edir. Bu proses yalnız Azərbaycanda deyil, əksər postsovet ölkələrində baş verir. Bizdə də məlum proses tədricən gedəcək. İlk növbədə iqtisadiyyatımızı gücləndirməliyik. İxracat artmalıdır, qeyri- neft sektoru güclənməlidir. Belə olarsa, manatın qiyməti stabil qalar və ya çox az sürətlə ucuzlaşar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.